2019-01-12 12:02:53   |   186 dəfə oxunub

Həmsədrlər həmişə oxşar bəyanatlar veriblər, lakin nəticə dəyişməyib



ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanacaq. Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak 2019-cu ildə sədrliyi qəbul edən ölkəsinin prioritetlərini açıqlayarkən bildirib. Nazir başlıca olaraq münaqişələrin qarşısını almaq, həll olunmamış münaqişələri həll etmək istiqamətində fəaliyyət göstərəcəklərini qeyd edib: "Dnestryanı, Dağlıq Qarabağ münaqişələrinin həlli əsnasında yaranan müsbət məqamların yaratdığı imkanlardan yararlanmaq, Erqnetidə Hadisələrin Qarşısının Alınması və Onlara Reaksiya Mexanizmi üzrə müşavirələri bərpa etmək üzərində çalışacağıq”.

Yeni sədrin açıqlamalarını "Şərq”ə dəyərləndirən  bildirib ki, ATƏT-in istər indiki və keçmiş sədrlərinin münaqişənin həlli ilə bağlı görə biləcəkləri real iş yoxdur. Onlar sadəcə təşkilata bir il müddətində sədrlik edirlər və qurumun mövqeyinə əsasən bəyanatlar verirlər: 

"Bu il sədrlik Slovakiyanındır. Bu ölkənin xarici işlər naziri də qanuna uyğun olaraq, quruma sədrlik edəcək. Münaqişənin həllinə Minsk Qrupunun həmsədr ölkələri, ABŞ, Fransa və Rusiya təsir edə bilər. Bunlar dünyanın aparıcı sayılan 5 gücündən və BTM Təhlükəsizlik Şurasının 5 daimi üzvlərindəndir. Yəni ATƏT-in fəaliyyətdə olan sədrləri həmişə belə bəyanatlar verirlər. Ötən illərdə də sədrlər oxşar bəyanatlar veriblər, lakin nəticə dəyişməyib. 

Azərbaycan torpaqları işğal altında qalmaqdadır. Bir də Ermənistanda hakimiyyətə gələn yeni qüvvələrin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yetkin proqramı yoxdur. Əvvəllər rəsmi İrəvan daha çox həmsədrlərdən biri olan Rusiyanın ağzından çıxana baxırdı. İndi Moskva-İrəvan münasibətlərində bir gərginlik var. Odur ki, rəsmi İrəvanın bundan sonra kimin ağzına baxacağı az əhəmiyyət daşımır. Ona görə də yeni sədrin münaqişənin həlli ilə bağlı nəyisə dəyişəcəyi mümkün görünmür”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26