2019-01-12 14:10:40   |   185 dəfə oxunub

“Bakı-Moskva münasibətlərinin inkişafı Rusiya XİN-də bəzilərini ciddi narahat edir" – Analitik



"Azərbaycan-Rusiya münasibətləri həmişə yüksək səviyyədə olub, var və olacaq. Hazırda Azərbaycan-Rusiya münasibətləri inkişaf edir və gələcəkdə daha da inkişaf davam etdiriləcək. Və buna heç kim, hətta Zaxarova belə mane ola bilməyəcək”.

Bu barədə "Sherg.az” analitik Anar İmanov bildirib. 

O qeyd edib ki, bu, Zaxarovanın ilk arzuolunmaz açıqlaması deyil:

"Xatırladım ki, keçən ilin iyunun 15-də Rusiya XİN rəsmisi Mariya Zaxarova keçirilən mətbuat konfransında Azərbaycanın Trend İnformasiya Agentliyinin ünvanına əsassız ittihamlarla çıxış edib. Trend İnformasiya Agentliyi bununla bağlı etirazını bildirmişdi. Trend-in jurnalisti iyunun 1-də Rusiya XİN-ndə keçirilən brifinq zamanı Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinə sual vermişdi və sonra XİN-in rəsmi saytında o sualın cavabı dəyişdirilmişdi. Nəticədə rusiyalı diplomatın cavabının məğzi tamamilə təhrif olunmuşdu. O zaman M.Zaxarova ittihamlar səsləndirdi və jurnalisti bacarıqsız adlandırdı. Trend-in bəyanatında bunlar deyilirdi: "Bu faktı nəzərə alsaq ki, Dağlıq Qarabağ münaqişəsinin səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzüdür, o zaman Trend-in müxbirinin "qanunsuz rejim" və "işğal edilmiş ərazilər" ifadələrini işlətdiyi suala Mariya Zaxarovanın bu cür reaksiyası çirkin və qəribə görünür. Sual yaranır: ümumiyyətlə, Rusiya XİN mətbuat katibi işğalçını işğalçı, qondarma rejimi qanunsuz saymırsa, bu dövlət Dağlıq Qarabağ münaqişəsinin həllində necə vasitəçi ola bilər? Hesab edirik ki, Rusiya XİN-in bu cür bəyanatları və mövqeyi münaqişənin nəinki həllinə maneçilik törədir, həm də odun üzərinə yağ tökməklə Ermənistanın işğalçı siyasətini dəstəkləyir. Çox təəssüf və hiddətlə bildiririk ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın XİN-nin Mətbuat və İnformasiya Departamenti işğala məruz qalan ölkənin jurnalistinin sualına bü cür reaksiya verir. Bununla yanaşı, M.Zaxarovanın jurnalisti bacarıqsız adlandırması ikiqat ikrah hissi doğurur".

Analitik onu da əlavə edib ki, üstündən bir il keçməmiş, Zaxarova yenə hansısa xoşagəlməz bəyanatlar səsləndirir:

" Bununla bağlı Azərbaycan XİN tərəfindən çox gözəl cavab verilib. O cavabda vurğulanıb ki, Azərbaycan hər zaman Rusiya Federasiyasının vətəndaşları üçün açıqdır. Bəyanatda Xocalı faciəsi xatırladılıb və qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 1993-cu il tarixli məlum 4 qətnaməsində (822, 853, 874 və 884) işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxardılması və bu ərazilərdən zorla qovulmuş insanların öz doğma yurd-yuvalarına geri qayıtması tələbi əks olunub. Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi sözügedən qətnamələrin qəbul olunmasına səs verib. Lakin 25 ildən artıqdır ki, Azərbaycan torpaqları işğal altındadır və bu qətnamələrin tələbləri icra olunmur.

Tamamilə doğru vurğulanıb ki, "Azərbaycan-Rusiya əlaqələrinin inkişafı fonunda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisinin sözügedən bəyanatı və hansısa fərdi məsələni ümumi kontekstdən çıxardaraq şişirtmə cəhdləri qeyd etdiyimiz ümumi tendensiyanın növbəti təzahürüdür. Görünür ki, son vaxtlar Ermənistan-Rusiya əlaqələrində ciddi problemlərin yaranması və bunun əksinə olaraq Azərbaycan-Rusiya əlaqələrinin uğurla inkişafı (təkcə ötən il ərzində iki ölkə prezidentləri 6 dəfə görüşüblər) Rusiya XİN-də bəzilərini çox ciddi narahat edir".

Yəni bizim diplomatlar üçün hər şey aydındır - Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir, iki qonşu dövlət bir mövqedən çıxış edir və hansısa qərəzli əsassız açıqlamalar bu münasibətlərə kölgə sala bilməz.

Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Azərbaycana qarşı kobud bəyanatla çıxış edib. "Sherg.az” xəbər verir ki, Zaxarova dünən keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə danışıb: "Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəsüflənirdilər ki, belə hallar artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-06-27
2019-06-26