2019-01-12 14:45:04   |   158 dəfə oxunub

“Zaxarovanın Azərbaycana qarşı qərəzli açıqlaması Rusiyanın xarici siyasətinə təhdiddir” - Şərh




"Rusiya XİN rəsmisi Mariya Zaxarova daim ölkəmizə qarşı qərəzli mövqe tutub. Məhz Rusiya XİN rəhbəri Sergey Lavrovun başçılıq etdiyi idarə erməni lobbisinin təsiri altındadır”.

Bu barədə "Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə bildirib. 

Ekspert qeyd edib ki, həmçinin bu idarədə erməni siyasəti ölkəmizə qarşı istifadə edilir:

"Görünür, Mariya Zaxarova millətlərarası münaqişəni qızışdırmaqla bu məsələni yenidən ortaya atıb. Xüsusi ilə, bu, erməni lobbisinin sifarişi əsasında həyata keçirilir. Ümumiyyətlə, Rusiya vətəndaşlarının ölkəmizə giriş-çıxışında heç bir məhdudiyyət yoxdur. İdman tədbirləri, yaxud mədəni tədbirlərdə Rusiya vətəndaşı olan erməni mənşəlilərin ölkəmizə gəlişi reallaşıb. Hazırda Ermənistan dövləti ölkəmizə qarşı işğalçı və terror siyasəti həyata keçirir. 

Xaricdə yaşayan ermənilər hansı ölkənin vətəndaşı olmalarına baxmayaraq diaspora şəklində Ermənistana bağlıdırlar. Rusiya -Azərbaycan əlaqələrinin inkişaf etdiyi bir dönəmində Mariya Zaxarova bu məsələni qabartmaqla ermənilərin sifarişini yerinə yetirir. Hesab edirəm ki, Rusiya XİN –də Ermənistanın XİN fəaliyyət göstərir. Prezident Putin XİN sturuktrunu dəyişməklə, Lavrovu işdən azad etdikdən sonra ölkəmizə qarşı bu kimi böhtan və sabotaj xarakterli bəyanatlar verilməz. Zaxarovanın Azərbaycana qarşı qərəzli açıqlaması Rusiyanın xarici siyasətinə təhdiddir”.

Qeyd edək ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova növbəti dəfə Azərbaycana qarşı kobud bəyanatla çıxış edib. "Sherg.az” xəbər verir ki, Zaxarova dünən keçirdiyi brifinqdə erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması barədə danışıb: "Doğrudan da mən bu barədə sosial şəbəkələrdə çoxlu məlumatlara rast gəlmişəm. Bayram günləri ərzində də belə insidentlər olub. Biz onları əvvəl də qeydə almışdıq və Azərbaycan tərəfi qarşısında məsələ qaldırmışdıq. Deyirdilər və təəsüflənirdilər ki, belə hallar artıq yaxşı çıxmır və düzgün olmayan praktikadır. Amma bayram günlərində sosial şəbəkələrdə böyük material dərc edilib və bu, Rusiya vətəndaşlarına qarşı birinci diskriminasiya halı deyil. Ötən il etnik əlamətinə görə azı 16 Rusiya vətəndaşının Azərbaycana buraxılmaması qeydə alınıb”.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-03-19
2019-03-18