2019-01-12 15:58:11   |   169 dəfə oxunub

“Elə olsaydı, 30 mindən çox erməni Azərbaycanda rahat yaşaya bilməzdi” – AKTUAL



"Mariya Zaxarova vaxtaşırı Azərbaycanla Rusiyanın strateji tərəfdaşlıq iradəsinə zidd açıqlamalarıyla gündəmi məşğul etməyə öyrəşib".

Bunu "Sherg.az"a açıqlamasında Siyasi şərhçi Azər Həsrət deyib.

Analitikin sözlərinə görə, bu xanım indi də iddia edir ki, Azərbaycan erməni millətindən olan Rusiya vətəndaşlarına münasibətdə ayrıseçkilik edir:

 "Kökündən yanlış və əsassız iddiadır. Azərbaycan heç bir insana onun milli mənsubiyyətinə görə ayrıseçkilik tətbiq etmir. Elə olsaydı, 30 mindən çox erməni Azərbaycanın bütün ərazilərində rahat yaşaya bilməzdi. Əgər erməni millətindən olan Rusiya vətəndaşlarının Azərbaycana girişi əngəllənibsə, bunun bir hüquqi əsası var və o əsas həmin şəxslərin milli mənsubiyyətilə bağlı deyil. Bura onu da əlavə edək ki, hər il Azərbaycana istər Rusiyadan, istərsə də başqa ölkələrdən, hətta Ermənistanın özündən belə ermənilər gəlib-gedir və onlar ölkəmizə giriş də heç bir problem yaşamırlar".

Politoloq bildirib ki, Azərbaycan sərhədini keçərkən ölkəyə girişi əngəllənənlər yalnız erməni millətindən olanlar deyil: 

"İl ərzində müxtəlif millətlərdən olan belə şəxslər geri göndəriliblər ki, onların da hərəsinin özünə görə səbəbi olub. Azərbaycan dövlətinin bu məsələdə söykənəcəyi tək amil qanundur və əgər kimsə ölkəyə buraxılmırsa bu, onun milli mənsubiyyətilə bağlı məsələ deyil".

Qeyd edək ki, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığı haqda danışıb. O deyib ki, erməni əsilli şəxslərin Bakıya buraxılmaması diskriminasiya halıdır. Onun sözlərinə görə, 2018-ci ildə azı 16 erməni mənşəli Rusiya vətəndaşı Bakıya buraxılmayıb.

Ismayıl





SON XƏBƏRLƏR

2019-03-19
2019-03-18