2019-01-12 16:09:07   |   111 dəfə oxunub

Zaxarovanı çətinə salan sual: “...Niyə Ermənistandakı girovlarla bağlı narahatlıq ifadə etmir ? !"



"Artıq Azərbaycan XİN-in mətbuat katibinin rəhbəri Leyla Abdullayeva tərəfindən Mariya Zaxarovaya tutarlı cavab verilib ".

Bunu "Sherg.az"a açıqlamasında siyasi elmlər namizədi Zaur Məmmədov deyib.

Ekspert bildirib ki, ikili münasibətlər baxımından bu cür açıqlamanın verilməsi təəssüf hissi doğurur:

"Rusiya ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi, eyni zamanda qonşu dövlət kimi regiondakı vəziyyəti çox yaxşı başa düşür. Əgər Zaxarova Rusiya vətəndaşları ilə bağlı canfəşanlıq edirsə, o zaman ilk növbədə turistlər barədə deyil, Ermənistanda girovluqda saxlanılan vətəndaşı ilə bağlı narahatlığını dilə gətirsin. Niyə bu məsələyə münasibət bildirmir? !" 

Analitik sözlərinə görə, bu kimi sualların mətbuat konfransında bilərək verilməsi də maraqlıdır:

"Rusiya qlobal çağırışlar qarşısında qalıb. Cənubi Qafqazda, Ermənistanda mühüm hadisələr baş verir, anti-Rusiya prosesi gedir. Belə olan məqamda Azərbaycanla bağlı təxribatçı sualın ortaya çıxması maraq doğurmaya bilməz. Ümumiyyətlə, dünyanın hər yerində XIN-lər diplomatiya ilə, münasibətlərin yaxşılaşması ilə məşğul olmalıdırlar. Nə yaxşı ki, Rusiya Azərbaycan münasibətlərində əsas tərəflər dövlət başçılarıdır. Məhz bu səbəbdən iki dövlət arasındakı münasibətlər yüksək səviyyədədir. Amma məlumdur ki, bu münasibətləri istəməyən qüvvələr var. Onlar əlaqələrin korlanması üçün əllərindən gələni edirlər".

Qeyd edək ki, Rusiya XİN-in rəsmisi Mariya Zaxarova erməni mənşəli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmadığı haqda danışıb. O deyib ki, erməni əsilli şəxslərin Bakıya buraxılmaması diskriminasiya halıdır. Onun sözlərinə görə, 2018-ci ildə azı 16 erməni mənşəli Rusiya vətəndaşı Bakıya buraxılmayıb.

Ismayıl







SON XƏBƏRLƏR

2019-01-18