2019-01-12 18:02:06   |   87 dəfə oxunub

Parisdə güclü partlayış zamanı 4 nəfər ölüb - YENİLƏNİB



Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində 4 nəfər ölüb.

Trend-in məlumatına görə, ölənlərdən ikisi yanğınsöndürən, ikisi isə mülki sakin olub.

XXX

saat 15:38

Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Trend-in məlumatına görə, xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hökumət rəsmiləri hadisə yerinə baş çəkiblər.

XXX

saat 13:02

Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində baş verib.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub.

Hadisə nəticəsində 1-i yanğınsöndürən olmaqla, 15 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, bu gün Parisdə "sarı jiletlər"in növbəti aksiyası planlaşdırılır.






SON XƏBƏRLƏR

2019-01-18