2019-01-12 18:18:15   |   126 dəfə oxunub

2018-ci il: hərtərəfli dinamik inkişaf, dərin islahatlar və sabitlik İLİ



"Prezident İlham Əliyev 2018-ci ili hərtərəfli dinamik inkişaf dərin islahatlar və sabitlik ili kimi xarakterizə etdi".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu qiymətləndirmə əslində 2015-2017-ci illərdə həyata keçirilən islahatlardan sonra ölkə iqtisadiyyatının yeni dinamizmə və inkişafa qədəm qoyması kimi səciyyələndirilməlidir:

"Çünki iqtisadiyyat ümummilli inkişafın əsas hərəkətverici qüvvəsi olmaqla digər bütün sektorların inkişafını da şərtlədirir. Lakin bu da məsələnin hamısı deyil. Müstəqil iqtisadi münasibətlər sisteminə malik ölkə həm də müstəqil xarici siyasət siyasət həyata keçirmək gücünə malik olur ki, bu da hazırki mürəkkəb büynəlxalq münasibətlər sistemində milli maraqları qorumaq baxımından olduqca əhəmiyyətlidir. Ona görə də Prezident İlham Əliyev çıxışının əvvəlində diqqəti bu məsələyə çəkərək qeyd etdi ki, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etməyə nail olub. Bu fikirlər həm dünyada və regionda baş verən prosesləri düzgün qiymətləndirməyimiz baxımından, həm də bütün bunalra bxmayaraq ölkəmizin bu şərtlər içərisində qazanılna naliyyətləri necə əldə etməsi baxımından olduqca qiymətlidir. Heç şübhəsiz ki, b elə ağır şərtlər içərisində inkişafı təmin etmək üçün olduqca ciddi iqtisadi konsepsiyaya v ə xarici siyasətdə dərin siyasi strategiyya malik olmaq lazımdır ki, iqtisadi və siyasi maraqlarımızı təmin edə bilək. Qısaca deməyə çalışsaq Azərbaycan 2018-ci ildə öz milli maraqlarını tərəfdaş ölkələrin maraqları ilə uzlaşdırmağı bacararaq mühüm naliyyətlər əldə etməyi bacarıb".

Millət vəkilinin sözlərinə görə, bu kontekstə Prezident İlham Əliyev ilk növbədə regionların inkişafı ilə bağlı həyata keçirdiyi dövlət proqramlarına toxunaraq növbəti ildə də belə bir proqramın qəbul ediləcəyini söylədi. Çünki iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin təmin olunması və iqtiadiyyatın coğrafi dferensiallaşdırılması baxımından bu olduqca vacib komponentdir: 

"Regionlarımızda ötən illər ərzində həyata keçirilən yol – nəqliyyat və digər kommunikasiya layihələri rayonlarımızda münbit sərmayə mühiti yaradıb ki, bu da yatırımçıların diqqətini cəlb edibdir. Ona görə də qeyri neft sektorunun inkişafında regionlarımızda formalaşan aqrar sənaye və yüngül sənaye xüsusi iqtisadi çəkiyə sahib mühüm komponenet kimi çıxış edir. Əlbətdə güclü iqtisadiyyat hər şeydən öncə qüdrətli ordu yaratmağımızı və onu ən müasir hərbi texnika və avadanlıqlarla təhciz etməyimizi təmin edib ki, bu da Günnüt döyüşlərində 11 min hektardan çox ərazimizi erməni işğalından azad etməyə və Ermənistanın regionlarını birləşdirən mühüm strateji yolu nəzarət altına almağımıza şərait yaradıb. 

Ali baş komandanımız bu məsələyə də toxunaraq bildirdi ki, Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə la yiqdir. Az ərbaycan Ermənistan Dağlıq Qarabağ probleminin həlli və işğalçı Ermənistanın hazırki vəziyyətinə dair məsələləri diqqətə təqdim edən Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini qiymətləndirərkən onların fəaliyyətini haqlı olaraq tənqid edərək bildirdi ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürdü. 

Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər ? Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Bu fikirlər adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla həm də əslində onların heç olmasa bundan sonra ədalətli və obyektiv mövqe tutmaları üçün bir çağırışdır .Azərbaycanın bundan sonra da özprinsipial mövqeyidə qalacağını bildirən Ali Baş Komandan, İlham Əliev bildirdi ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. 

O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına verilən sərt ismarıc olmaqla Ermənistanın yalnız Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra inkişaf edə biləcəyi gerçəyinin ifadəsidir. Ümumilikdə 2018 ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun artması, iş ğalçı ölkə istisna olmaqla bütün digər qonşu ölkələrlə olduqca mühüm əməkdaşlıq sazişlərinin imzalanması, Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni bərabərhüquqlu tərəfdaşlıq imkanlarının yaradılması məsələlərini Prezident İlham Əliyev xarici siyasətimizin uğurları kimi dəyərləndirdi. 

Ölkəmizin həyata keçirdiyi qlobal enerji və nəqliyyat kommunikasiya layihələrinin artıq reallığa çevirilməsini və artıq milli iqtisadiyyatımıza real gəlirlər gətirdiyini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu sırada Cənub Qaz Dəhlizi, Şərq- Qərb və Şimal – Cənub nəqliyyat təhlizlərini və onların iqtisadi perespektivlərini xüsusi vurğulayaraq 2019-cu ildə daha böyük uğurlar əldə edəcəyimizi bildirdi".

Ismayıl







SON XƏBƏRLƏR

2019-01-18