2019-01-12 22:23:58   |   128 dəfə oxunub

Fransada "sarı jiletlilər"in aksiyasında 32 min insan iştirak edir - YENİLƏNİB


Fransanın müxtəlif şəhərlərində "sarı jiletlilər"in aksiyasında təxminən 32 min insan iştirak edir.

"Report" BFMTV telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Telekanalın məlumatına görə, təkcə Parisdəki aksiyalarda 8 min nümayişçi iştirak edir.

Qeyd edək ki, bu gün "sarı jiletlilər"in Fransa şəhərlərinin küçələrində 9-cu dəfə küçələrə çıxıblar.

Daha əvvəl bildirilib ki, Parisdəki aksiyaların gedişində 40-dan çox etirazçı saxlanılıb.

***16:01

Fransanın paytaxtı Paris şəhərində "sarı jiletlilər”in nümayişi öncəsi həbslər başlayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, Paris polisi artıq 24 nəfəri saxladığını açıqlayıb.

Onların üzərində başqasına xəsarət yetirmək üçün istifadə edilə bilən əşyalar, həmçinin bibər qazından qorunmaq üçün hermetik eynəklər aşkar edilərək götürülüb. Belə əşyaları, həmçinin qaz maskaları və respiratorları nümayiş zamanı daşımaq qadağandır.

Bu gün "sarı jiletli”lərin etiraz aksiyaları keçirdikləri ardıcıl doqquzuncu şənbədir.




SON XƏBƏRLƏR

2019-03-24