2019-01-16 23:56:38   |   98 dəfə oxunub

Beyninizi 7 günə gəncləşdirin! - Alman professorun möhtəşəm proqramı



1 həftədə beyninizi gəncləşdirmək istəyirsiniz? Bu çətin deyil!
Medicina.az alman professorun 65 yaşdan artıq 1000 nəfər üzərində sınaqdan keçirilmiş proqramını təqdim edir:

Birinci gün

Səhər işə velosipedlə, piyada və çalışın hər dəfə fərqli marşrutla gedin. Axşam yeməyində isə yağlı balıq yeyin.

İkinci gün

Lüğətdən bilmədiyiniz sözləri öyrənin və bu kəlmələri gün boyu söhbət edərkən cümlədə istifadə etməyə çalışın.

Üçüncü gün

Pilates, yoqa, meditasiya və ya musiqi ilə məşğul olun. Tanımadığınız insanlarla ünsiyyətə girin. Axşam evə gəldikdən sonra bu söhbətlərin yaddaşınızda nə dərəcədə qaldığını yoxlayın.

Dördüncü gün

İşə gedərkən, daha əvvəllər istifadə etmədiyiniz yolla gedin və yolları qarışdıraraq uzadın. Axşam isə yolda diqqətinizi nələrin çəkdiyini qeydə alın. Televizorda təbiət haqda sənədli film və ya iqtisadiyyat proqramlarını izləyin. Səhər filmin və verilişin məzmununu xatırlayaraq yaddaşınızda nələrin qaldığını yoxlayın.

Beşinci gün

Alkoqol və kofein kimi içkilərdən imtina edin. Alış-veriş üçün siyahı hazırlayın. Soyuducuda olan ərzaqları yoxlayın və marketə gedərək "bundan evdə vardı? markası nə idi?" deyə düşünün.

Altıncı gün

Yeməyi hər dəfə yediyiniz əlinizlə deyil, digər əlinizlə yeyin. Günü isə gözləri bağlı şəkildə duş alaraq başa vurun.

Yeddinci gün

Səhər oyandıqda 1 saat müddətində krossvord edin və ya puzzle düzəldin. Daha sonra gəzməyə çıxaraq krossvorda olan sözləri və puzzle parçalarını xəyalınızda canlandırın. Evə qayıtdıqda yenidən krossvordu həll etməyə və ya puzzle yığmağa davam edin.




SON XƏBƏRLƏR

2019-02-18