2019-01-17 00:20:18   |   156 dəfə oxunub

Odun sobasını yandırıb kürəyində gəzir


Adanada isti noxud satan 55 yaşlı Osman Aslan qışı yaya çevirib. O, tənəkədən hazırlanan odun sobasını yandırıb, onu da kürəyinə taxaraq avtobus dayanacağı ətrafında gəzir.

Bununla o həm soyuqlara diqqət çəkir, həm də isti noxudlar satır. Aslan," Adana Çukurovası davamlı yanır deyirlər, şiddətli soyuğu isbat etmək üçün belə bir üsula əl atdım" deyir.
 Keçən aylarda da Osman Aslan onu aldadan M.K.ın fotosunu paltarının üstünə asıb "Bu şəxs məni aldatdı” yazısıyla pankart açmışdı. Həmin pankartla şəhərdə gəzən Osman Aslan, bu dəfə kürəyinə odun sobası bağlayaraq insanları çaşdırıb.





SON XƏBƏRLƏR

2019-02-18