2019-01-17 09:28:03   |   79 dəfə oxunub

ETSN: Bakıda və Abşeron yarımadasında külək 30-35 m/saniyədək şiddətlənib


Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargah hava şəraiti ilə bağlı növbəti məlumat yayıb.

Qərargahdan "Sherg.az"a verilən məlumatda bildirilir ki, bu gün saat 09:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyədək şiddətlənib.

Dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb.

Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir




SON XƏBƏRLƏR

2019-04-21