2019-01-17 11:24:58   |   106 dəfə oxunub

SOCAR karbamid zavodunun məhsulu üç ölkəyə ixrac olunacaq


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) karbamid zavodunun məhsullarının üçdə ikisini Türkiyəyə ixrac edəcək.

Trend-in məlumatına görə, bunu "Reuters” agentliyinə zavodun direktoru Xəyal Cəfərov deyib.

O bildirib ki, "SOCAR karbamid zavodu regionun yeganə iri müəssisəsidir və məhsulun üçdə ikisini Türkiyəyə ixrac edəcək. Bundan başqa, biz Ukrayna və Gürcüstana ixrac planlaşdırırıq. Zavodun məhsulu beynəlxalq birjaya çıxarılacaq və "SOCAR Trading” tərəfindən əməliyyatlar keçiriləcək”.

Zavodun tikintisi üçün alınmış kreditin qaytarılmasına gəldikdə isə direktoru qeyd edib ki, ödəmə zavodun işə düşməsindən 1,5 il sonra başlayacaq, mənfəət rejiminə isə zavod 8 ildən sonra keçəcək.




SON XƏBƏRLƏR

2019-04-21