2019-01-17 12:00:26   |   186 dəfə oxunub

Lavrovun açıqlamasında həqiqət var

Bakı öz mövqeyini ortaya qoyub, indi növbə Ermənistandadır

Bir sıra ekspertlər hesab edir ki, Lavrovun açıqlamasını İrəvan hökumətinə bir mesaj kimi də dəyərləndirmək olar



Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, "Moskva Bakının Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılmasına hazır olması barədə bəyanatına Ermənistanın qarşılıq verəcəyinə ümid edir”. Lavrov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi İrəvan və Bakının iradəsi ilə və ATƏT-in Minsk Qrupu həmsədrlərinin timsalında beynəlxalq ictimaiyyətin dəstəyi ilə tamamilə həll oluna bilər. Lavrovun sözlərinə görə, ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il oldu. Ona görə də Dağlıq Qarabağ nizamlanması ilə bağlı tərəflər yalnız tanışlıq məqsədli görüşlərlə kifayətləndilər. XİN rəhbərinin fikrincə, 2019-cu il ərzində görüşlər daha intensiv olacaq. Bir sıra ekspertlər hesab edir ki, Lavrovun açıqlamasını İrəvan hökumətinə bir mesaj kimi də dəyərləndirmək olar.

Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Lavrov həmişə ölkəmizə qarşı fikirlər səsləndirib. Xüsusən Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana yaxın mövqe sərgiləyib: 

"Lavrovun indiki situasiyada, yəni Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşü fonunda qeyd etdikləri, sadəcə imitasiyadır. Ola bilsin ki, bu, Paşinyana mesaj ola bilər. Çünki Kreml Paşinyanın siyasi xəttindən narazıdır, təzyiq kimi qeyd etmək istəyirdi ki, baxın, biz siyasətimizi dəyişə bilərik. Hesab edirəm ki, Lavrovun bu açıqlaması konflikt üzrə aparılan danışıqların məzmununa müsbət təsir etməyəcək. Bundan əlavə, Lavrov qeyd edir ki, tərəflər siyasi iradə göstərməlidir. Dəfələrlə bildirmişik ki, İrəvan konstruktiv bir siyasət ortaya qoymalıdır. Azərbaycan öz siyasi iradəsini ortaya qoyub və danışıqlara hazır olduğunu bildirib. 

Təbii ki, Lavrovun açıqlamasında həqiqət var. Bakı öz mövqeyini ortaya qoyub, indi növbə Ermənistandadır. İşğalçı siyasətdən əl çəksin”. Analitik bildirib ki, əgər danışıqlar prosesində irəliləyiş nəzərə çarpmasa, Moskva siyasətinin Ermənistanda nə qədər güclü olduğunu görəcəyik: "Ermənistanla Azərbaycan birbaşa danışıqlara gedəndə müəyyən dairələrdən çaşdırıcı və sabotaj bəyanatları verilir. Artıq bu danışıqlar tanışlıq naminə deyil. Birbaşa real və mərhələli həll üçün nəzərdə tutulmuş danışıqlardır”.

İsmayıl






SON XƏBƏRLƏR

2019-04-21