2019-01-17 12:08:35   |   87 dəfə oxunub

MŞ sədri: Azərbaycana gətirilən çap məhsulları ƏDV-dən azad edilsin


Azərbaycana gətirilən çap məhsulları Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməlidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Əflatun Amaşov bu gün keçirilən iclasında səsləndirib.

Onun sözlərinə görə, kitabların qiymətləri çox baha olduğu üçünxaricdən gətirilən çap məhsulları ƏDV-dən azad edilməlidir.

Komitənin sədri Rəfael Hüseynov isə bildirib ki, kitabların bahalaşmasının obyektiv səbəbləri var: "Kitabın maya dəyəri artıb. Bu, kitabın bahalaşmasının obyektiv səbəbidir. İfrat bahalaşmanın qarşısını almaq üçün müəyyən imtiyazlar olmalıdır. Xaricdən gətirilən nəşrlər – kitablar, xəritələr və s. üçün müəyyən güzəştlər olmalıdır ki, insanların onları almaq imkanları olsun, bu iş nizama salınmalıdır”.




SON XƏBƏRLƏR

2019-02-18