2019-01-17 16:21:06   |   295 dəfə oxunub

Fransalı mütəxəssis polis şiddətindən yazdı: "Dövlət yalanı içindəyik"

"Əks halda Fransadakı mövcud vəziyyət Şaron Metrosundakı qırğın və Senaya atılan əlcəzairlilərin repressiyası ilə müqayisə ediləcək"



Hüquq-mühafizə sahəsi üzrə fransız mütəxəssis David Düfresn "sarı jilet"lilərin polis zorakılğına məruz qalmasına dair yazı yazıb.


"Sherg.az"ın "lemonde.fr"ə istinadən xəbərinə görə, ekspert qeyd edib ki, Bordoda polis zorakılığı nəticəsində ağır xəsarət alan 47 yaşlı şəxs serebral qanaxmadan, Tuluzdakı lisey şagirdi isə üz travmasından əziyyət çəkir. Və bütün bunlar gənc nəsil fransızlarda mənfi izlər buraxır : "

Siyasilərin və bəzi media orqanlarının bu şiddəti inkar etməsini pisləyirəm.

Fransa uzun müddətdir ki, qanun və qaydaların qorunduğu nümunəvi ölkə hesab olunurdu. Bunun da sadə bir səbəbi vardı. Bu ölkədə çoxsaylı nümayişçilərlə qarşılaşan polislər öncədən təlimlər keçirdilər və onlar nümayişçilərlə davranışları bilirdilər.

Lakin bu gün biz tamam başqa bir mənzərinin şahidi oluruq. Fransa polisinin imici zədələndi və artıq Fransa polisi ilə bağlı yaranmış müsbət imic mif hesab olunur.

Almaniya və İngiltərədə hüquq-mühafizə orqanları nümayişçilərlə dialoqun yolunu tapıb, onları səngidə bildilər.

Fransa isə bunun əksini seçdi. Noyabrın ortalarında indiyə qədər 2 minə yaxın "sarı jiletli" yaraladı.

Fransa bu müdaxilə üçün Avropadakı başqa yerlərdə qanunsuz silahlar istifadə edir və bəzi istehsalçılar bu silahları müharibə silahı kimi qiymətləndirir.

Məsələn, müdafiə toplarının başlanğıcı olan "Flash-Ball"u daha çox bələdiyyə polislərində olur.  GLI-F4 bombası da təhlükəlidir. Düzdür, onlar öldürücü deyildi və buna görə də polis məmurları ondan kütləvi şəkildə istifadə edir. Amma şahid oluruq ki, həmin silahlarla vurulan fransızlar əmək qabiliyyətlərini itirirlər. Bu barədə kifayət qədər fakt var.

Bazar ertəsi axşam daxili işlər naziri M.Castaner ictimaiyyətə açıqlama verib ki, heç bir polis nəfəri "sarı jilet"lilərə şiddət tətbiq etməyib. Əslində isə biz dövlətin yalanı içindəyik.

Polis şiddəti var, özü də çox sərt. 1960-ci illərdə yaşananlara qayıtmamaq üçün ağıllı addımlar atılmalı, doğru qərarlar verilməlidir. Əks halda Fransadakı mövcud vəziyyət Şaron Metrosundakı qırğın və Senaya atılan əlcəzairlilərin repressiyası ilə müqayisə ediləcək".

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-04-21