2019-01-17 17:52:39   |   158 dəfə oxunub

" "Azərsilah” xarici şirkətlərlə birgə hərbi texnikaların istehsalı və satışını həyata keçiriləcək"




"Azərsilah” ASC-nin yaradılması çox doğru addımdır. Çünki artıq Azərbaycan müdafiə sənayesi özünün ixrac imkanlarını genişləndirib”.

Bunu "Sherg.az”a açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Ekspert bildirib ki, Müdafiə Sənayesi Nazirliyi ölkəyə ən çox valyuta gətirən ikinci quruma çevrilmişdi. Ancaq dünya bazarında baş verən proseslər Müdafiə Sənaye Nazirliyinin struktur aparatının ləğv edilməsini, qurumun əsasında çevik, dünyada baş verən proseslərə adekvat reaksiya verən, bazarda rol oynayan, biznes strukturuna çevrilən, kommersiyalaşan bir təşkilatın yaranmasını zəruri edirdi:

 "Dünya təcrübəsi də sübut edir ki, müdafiə sənayesi qurumları zamanla biznes təşkilatlarına çevrilirlər. Türkiyədə, Gürcüstanda, Ukrayna və Qazaxıstanda illərlə davam edən məmur yanaşması effektiv olmadığı üçün həmin ölkələr biznes yanaşmasını ortaya qoydular və xeyli uğurlar əldə etdilər. Azərbaycan da bu addımı atıb”. 
Ekspertin fikrincə, "Azərsilah”ın yaradılması göstərir ki, dövlət ölkəyə valyuta gətirən, ixracat həyata keçirən bir təşkilat istəyir: "Sərəncamda nəzərdə tutulan əsas məqam ixracatı bacaran bir strukturun olmasıdır. 

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan böyük müəssisələr və çox sayda avadanlıqlar var ki, qurum onlara qoyulan sərmayəni çıxara bilmirdi. Ona görə də müəssisələrin lokallaşdırılması, imkanlarının genişləndirilməsi və səmərəli işin artırılması istiqamətində addımlar atmaq zərurət halını aldı. "Azərsilah”ın mühüm addımlarından biri korporosiyalaşmaq olacaq. 

Yəni xarici şirkətlərlə birgə hərbi texnikaların istehsalı və satışını həyata keçiriləcək. Bu da çox vacib addımdır. Yəqin ki, "Azərsilah” təkcə özü istehsal etdiyi hərbi vasitələri deyil, eyni zamanda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan digər şirkətlərin də məhsulunu dünya bazarına çıxaracaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-02-18