2019-01-17 19:20:00   |   75 dəfə oxunub

"Azərenerji": Hər şey nəzarət altındadır

Hava şəraiti ilə əlaqədar olaraq "Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri gücləndirilmiş xüsusi iş rejimində çalışır. 

"Sherg.az" xəbər verir ki, Səhmdar Cəmiyyətin struktur tərkibinə aid olan idarə və müəssisə rəhbərləri 17-18 yanvar tarixlərində enerjisistemdə qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirəcəklər. 

Enerjisistemdə qəflətən açılmadan itirilə biləcək gücü əvəz etmək üçün fırlanan ehtiyat güc saxlanılır. Bu ana kimi bütün elektrik stansiya və yatrımsatsiyalarda, o cümlədən yüksək gərginlikli elektrik veriliş xətlərində heç bir problem yaranmayıb. Hər şey nəzarət altındadır.




SON XƏBƏRLƏR

2019-04-21