2019-01-17 20:51:39   |   177 dəfə oxunub

Dəhşətli faciə: 3 uşaq soyuducunun içində boğularaq ölüb


ABŞ-ın Florida ştatında bağçaya atılan soyuducunun içinə oyun oynamaq üçün girən 1, 4 və 6 yaşlarında 3 uşaq üstlərinə bağlanan qapağı aça bilmədikləri üçün havasızlıqdan həyatını itirib.





Sherg.az türk mediasına istinadən xəbər verir ki, uşaqlar huşsuz halda xəstəxanaya çatdırılıb. Lakin bütün müdaxilələrə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb. Polis hadisənin faciəvi bir qəza olduğunu, soyuducunun işləmədiyi üçün bağçaya atıldığını, uşaqların da oyun oynamaq üçün içinə girdikləri və  boğulduqlarını ifadə edib.
Bacı - qardaş olan 1 və 6 yaşlı uşaqlar 4 yaşlı yoldaşlarıyla oynayarkən onlara  4 yaşlı uşağın anası baxırmış. Bir az sonra qadın tualetə gedir və döndükdə uşaqları tapa bilməyir. Hadisədə həyatını itirən 1 və 6 yaşlı uşaqların nənəsi də həmin vaxt evdə yatırmış.

Turan






SON XƏBƏRLƏR

2019-02-18