2019-01-18 17:39:05   |   142 dəfə oxunub

"İslahatlar dünya təcrübəsi və innovativ əsaslara uyğun aparılır" - Müşfiq Ələsgərli



"Dövlət strukturlarında aparılan islahatlar kompleks və proqram xarakterli həyata keçirilir”.

Bunu "Sherg.az”a açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

O bildirib ki, cənab Prezidenti bir tərəfdən strukturların ümumi islahatlarını aparır. Yəni dövrün tələblərinə cavab verməyən qurumların ləğv olunması, bir sıra strukturların yenidən qurulması, yaxud birləşdirilməsi ilə bağlı mühüm sərəncamlar verir. Digər tərəfdən isə həmin strukturlarda çalışan şəxslərlə bağlı kadr islahatını həyata keçirir:

"Hər iki istiqamətdə inkişaf etmiş ölkələrin modelinə əsaslanılır. Eyni zamanda Azərbaycanın milli şərtləri və şəraiti nəzərə alınır. İslahatların hamısı dünya təcrübəsi və elmi yanaşma nəzərə alınaraq, innovativ əsaslara uyğun aparılır. 

Vəzifələrə təyin olunan kadrların hamısı müasir və innovasiyanın tələblərini bilən təcrübəli şəxslərdir. Həm cavan və enerjili olmaları, həm də idarəçilikdə özlərini doğrultmaları onların uğurlu kadrlar olduğunu göstərir”.

M.Ələsgərlinin sözlərinə görə, islahatlar düşünülmüş, uzun müddət hazırlanmış və müəyyən proqramlar əsasında reallaşdırılır:

"Ümid edirik, islahatlar həm davamlı olacaq, həm də Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafı üçün yeni şərait yaradacaq”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-21