2019-01-18 18:25:43   |   136 dəfə oxunub

Bakının əsas magistrallarında sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı



Paytaxtın Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətə qaytarılıb.

Bu barədə "Sherg.az"a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, bununla yanaşı hər iki yoldakı elektron tablolarda yandan əsən külək işarəsi qoyulub.

Xatırladaq ki, qeyd edilən avtomagistrallarda bütün zolaqlar üzrə sürət həddi yanvarın 16-dan 17-nə keçən gecədən hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar 20 km/saat həcmində aşağı salınmışdı.




SON XƏBƏRLƏR

2019-04-21