2019-01-18 18:40:09   |   107 dəfə oxunub

"AP-ın qərəzli qətnaməsi çirkin kampaniyanın tərkib hissəsidir" - Baş redaktor



"Qarayaxma kampaniyalarının arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır”.

Bunu "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Mehman Hüseynov məsələsi sadəcə olaraq bəhanədir: 

"Hələ Avropa Oyunları zamanı Azərbaycana qarşı nə qədər qərəzli və çirkin kampaniyaların aparılmasının şahidi olduq. Avropa Parlamentinin də məlum qətnaməsi və orada Azərbaycanla bağlı səslənən qərəzli ittihamlar həmin kampaniyanın tərkib hissəsidir. Ümumi olaraq isə Azərbaycanı gözü götürməyən, ölkəmizin inkişafını qısqanan, eyni zamanda erməni lobbisinin təsiri altında fəaliyyət göstərən müəyyən qrupların işidir. Bunları təşkilat adlandırmaq olmaz, hamısı qruplaşmalardır. Son günlər Avropa ölkələrini mitinqlər bürüyüb və yüzlərlə aksiya iştirakçısına qarşı insan haqqları ən kobud şəkildə pozulur. Amma həmin təşkilatlar öz qulaqları dibində olan hadisələri görmürlər, görməzdən gəlirlər. Lakin Azərbaycanda Mehman Hüseynov məsələsini qəsdən şişirdirlər”.

V.Rəhimzadə deyib ki, M.Hüseynovun jurnalistikaya heç bir aidiyyatı yoxdur: 

"Açıq-aşkar görünür ki, burada çirkin məqsəd var. Amma həmin qüvvələr heç vaxt öz məqsədlərinə çata bilməyəcək. Azərbaycan öz haqlı mövqeyi ilə irəliyə doğru gedir. Ölkəmizin inkişafı və öz mövqeyini qoruması elə həmin dairələrə ən tutarlı cavabdır”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-02-21