2019-01-18 20:01:32   |   131 dəfə oxunub

"Azərbaycanla Rusiya arasındakı dərin kökə və məntiqə əsaslanmış münasibətləri heç kim poza bilməz"



"Hazırda Azərbaycanla Rusiya arasındakı münasibətlər çox yüksək səviyyədə inkişaf edib".

Bu barədə "Sherg.az"a millət vəkili Səməd Seyidov bildirib. Parlamentari diqqətə çatdırıb ki, belə xırda məsələləri Azərbaycan- Rusiya münasibətlərinə uyğunlaşdırmaq düzgün deyil: 

"Doğrudur, Rusiya XİN- in bu mövqeyi Rusiya ilə Azərbaycan arasında formalaşmış yüksək səviyyəli əlaqələrin ruhuna uyğun deyil. 

Amma bütün hallarda dərin kökə və məntiqə əsaslanmış münasibətləri heç kim poza bilməz. Ona görə də, belə replikaya, hansısa xoşagəlməz intonasiyaya fikir verib, bunu Rusiya Azərbaycan münasibətləri səviyyəsinə qaldırmağın tərəfdarı deyiləm".

Qeyd edək ki, ötənlərdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycana qarşı heç bir fundamental əsasa söykənməyən iddia irəli sürüb. O ölkəmizi erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycana buraxmamaqda ittiham edib. Və bu məsələ bu gün də Rusiyanın "Express" qəzetində növbəti dəfə gündəmə gətirilib.


Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-02-18