2019-01-18 22:29:01   |   164 dəfə oxunub

Telefonun parolunu demədi, o da ərini yandıraraq öldürdü


İndoneziyanın Nusa Tenqqara kəndində faciəvi hadisə yaşanıb. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, kənd sakini Dedi Purnama adlı qadın İIham Cahyani adlı ərini yandıraraq öldürüb.

Belə ki, 26 yaşlı qadın 25 yaşlı ərindən telefonun parolunu istəyib. Parolu deməyən ər ilə arvad arasında mübahisə başlayıb. Dava əsnasında Dedi İlhamın üzərinə benzin tökərək onu yandırıb.
Səsə gələn qonşular Cahyanini dərhal xəstəxanaya aparsalar da, amma onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.





SON XƏBƏRLƏR

2019-04-21