2019-01-18 23:53:40   |   146 dəfə oxunub

Sevgisizlik onların da yaralı yeridir...

Araşdırma itlərin hansı hallarda insanlara hücum edib, dişləməsinin səbəblərini ortaya çıxarıb



İtlərin adamı dişləməsinin səbəbləri arxasında bir çox mətləblər yatır və bu mövzuda maraqlı araşdırmalar diqqət çəkir. İti dişlər, nəhəng dil və cins müxtəlifliyinə görə geniş və dərin ağızları, onların həyatlarını davam etdirmələrində baş rola sahibidir. Bəs, itlər niyə dişləyir?





"Şərq" xarici mediaya istinadən xəbər verir ki, itlərin bala dövründə dişləmələrinin səbəbi onlar üçün bir ehtiyac olaraq görünər. Çünki dişlərini və çənəsini qüvvətləndirmək üçün bunu edərlər. Bu vəziyyəti önləmək üçün onlara dişləyə biləcəkləri oyuncaqlar ala bilərsiniz. Xüsusilə qaçan, velosipedə, avtomobilə minən kəslər onların instinktini tətiklər və aqressivləşməsinə səbəb olar. Bu nöqtədə də dişləməyə çan atarlar. İtlər müdafiə və sahiblənmək xüsusiyyətlərinə sahib olduqları üçün onların ərazisinə girən kənar canlıya qarşı dişləmək qabiliyyətlərini ortaya qoyarlar. İtlər qorxduqları zaman təcavüzkar ola bilərlər və dişləyərlər. Dişi itlər ana olduqları zaman daha aqressiv bir ruh halına bürünərlər və müdafiəçi olarlar. Bu nöqtədə analıq instinkti ilə balalarına qarşı həddindən artıq müdafiə vəziyyətinə çəkilib və dişləyə bilərlər. Qısqanclıq itlərin dişləmək səbəbləri arasında ən çox rast gəlinən vəziyyətlərdən biridir. Müdafiə etdikləri - ən sevdiyi oyuncaq, yemək, ya da siz ola bilərsiniz. Bu vəziyyətdə hər cür müdaxiləyə qarşı dişlərini qıcayarlar. Sevgisizlik, maraqsızlıq və bədbəxtlik itlərin böhrana girməsinə səbəb olar və bu zaman hirslərini qabardarlar. Bu nöqtədə itlərinizə marağı və sevgini hiss edərməyi unutmayın.

Turan





SON XƏBƏRLƏR

2019-04-21