2019-01-21 13:05:11   |   94 dəfə oxunub

Babək prospektində yol çökdü - Cəmi 1 aydır təmir bitib


Bakıda yeni əsaslı təmirdən çıxan prospektdə yol çöküb.

"Sherg.az"qafqazinfo-ya istinadən xəbər verir ki, Babək prospektinin "Monte Karlo" restoranı yaxınlığındakı hissəsində asfalt örtüyü təxminən 100 metr məsafədə çöküb və çuxur yaranıb.

Hazırda yol həmin hissədə maşınların hərəkəti üçün bağlanıb. Asfaltın həmin hissəsində üst örtüyü qaşınıb və bərkitmə işləri aparılıb. Bu gün axşam saatlarına kimi yolun istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, prospekt dekabrın 10-da sürücülərin istifadəsinə verilib.




SON XƏBƏRLƏR

2019-02-21