2019-01-21 13:24:20   |   118 dəfə oxunub

"Azərbaycan Zimbabvenin enerji və neft sektoruna sərmayə qoya bilər" - Şərh

"Azərbaycan Zimbabvenin enerji və neft sektoruna sərmayə qoymaq barədə düşünə bilər".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.

Ekspert bildirib ki, bundan başqa Zimbabvenin dağ mədən sənayesi ağır vəziyyətdədir:

 "Almaz istehsalı demək olar ki, dayandırılıb. Azərbaycan isə bu sahədə kifayət qədər təcrübə toplamış ölkədir. Məsələ ondadır ki, Zimbabve prezidenti Emmerson Mnaqaqva 2017-ci ildə diktator Muqabedən hakimiyyəti alarkən ölkə artıq tam iflas vəziyyətində idi. 

Ölkədə işsizliyin səviyyəsi 90 faizi keçirdi. 37 illik tayfa hakimiyyəti Zimbabveni aclıq və səfalət ölkəsinə çevirmişdi. 2017-ci ildə başlayan etirazlar Muqabbenin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələndi. Mnaqaqva prezident seçildikdən sonra ölkədə ciddi dəyişikliklər baş verməyib. 

Hazırda Zimbabvedə etirazlar davam edir. Ölkənin bir sıra böyük şəhərlərində silahlı toqquşmalar baş verib. Mnaqaqva çıxış yolunu Rusiya və keçmiş sovet respublikalarından yardım almaqda görür. Bakıya səfərindən öncə Rusiyaya səfər edən Zimbabve prezidenti Putindən borc istəsə də onun arzusu reallaşmayıb. 

Putin Rusiy anın indiki vəziyyətində kiməsə borc vermək iqtidarında deyil. Hətta Rusiya kritik vəziyyətə düşən slavyan qardaşı Lukaşenkonun borc istəyini geri çevirmişdi. O zaman Azərbaycan doğru qərar verərək Belarusu darda qoymamışdı".

Qeyd edək ki, Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva ölkəmizdə səfərdə oldu. Prezident İlham Əlieyavlə də görüşən Zimbabve lideri bir sıra məsələlərin müzakirəsinə qatıldı. Maraqlıdır ki, cənab Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib. Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələri seçib. O çıxışlarında da bunu təsdiqlədi.

Ismayıl




SON XƏBƏRLƏR

2019-04-21