2019-01-21 13:53:40   |   109 dəfə oxunub

Deputat Rusiya XİiN başçısına səsləndi: "...Lavrov, sən deyən olmayacaq !"



"Son 100 ilə nəzər salsaq görəcəyik ki, Rusiya siyasi rəhbərlərinin yanında həmişə ermənilər özlərinə yer edə biliblər. Onlar Rusiya siyasətinə də müəyyən mənada təsir göstərirlər və indi də Rusiya XİN-ə erməni əsillli Lavrov Kələntərov başçılıq edir. Bu qurumun sözçüsü Mariya Zaxaraova isə icraçıdır. Ona hansı mətni verirlərsə, o da çıxıb o mətni oxuyur. Həmin mətnin müəllifi isə Sergey Lavrovdur. Bu addım Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədilə həyata keçirilir. Ancaq istəklərinə nail ola bilməyəcəklər".

Bu barədə "Sherg.az"a millət vəkili Elman Məmmədov Rusiya XİN-in sözçüsü M. Zaxarovanın "Azərbaycan erməni əsilli Rusiya vətəndaşılarını ölkəyə buraxmır" ittihamına münasibət bildirərkən deyib.

Parlamentari qeyd edib ki, Rusiya və Azərbaycanın, o cümlədən iki dövlət liderlərinin münasibətlərinin yaxşı olması təkcə Ermənistanda deyil, həmçinin Rusiya daxilində də bəzi rəsmilər və qeyri-rəsmilər tərəfindən narahatlıqla qarşılanır:

 "Baxın, Lavrov özü də fəxrlə etiraf edir ki, onun damarında erməni qanı axır. Göründüyü kimi bu məsələdə açıq erməni təəssübkeşliyi var. Rusiyada yüz minlərlə erməni yaşayır. Reallıq odur ki, Ermənistanla Azərbaycan müharibə vəziyyətindədir. Torpaqlarımız erməni quldurları tərəfindən işğal olunub. Təbii olaraq öz dövlətimizin və xalqımızın təhlükəsizliyini təmin etməliyik. Sərhədimizi keçən hər kəsin kimliyinə baxmalıyıq. Başqa necə davranmalıyıq ki?!".

E. Məmmədov diqqətə çatdırıb ki, ermənilərin bütün tarixi soyqırımlarla cinayətlərlə bağlıdır. İşğalçı bir xalqın nümayəndələri hər yerdə çaxnaşma yaradır, qətllər törədirlər:

"Azərbaycan suveren və müstəqil dövlətdir, eyni zamanda Ermənistanla müharibə vəziyyətindədir. Hansı ölkənin vətəndaşı olur-olsun, sərhədlərimizi keçməyə çalışan bütün şəxslərin kimliyi dəqiqliklə müəyyən olunmalıdır. Buna görə heç kim rəsmi Bakının qarşısında şərt qoya bilməz. Avropa Oyunlarında, NATO-nun tədbirlərində, Qara Dəniz Əməkdaşlıq Təşkilatının toplantılarında dəfələrlə Ermənistan vətəndaşı olan ermənilər Azərbaycana səfər ediblər. Onlara burada nəsə deyən olubmu? Lavrov da, Zaxarova da bunun şahididir. Lakin bu o anlama gəlmir ki, istənilən erməni istənilən vaxt ölkəmizə ayaq basa, ağlına gələni edə bilər. Bu, dövlətimizin, vətəndaşlarımızın təhlükəsizliyinə ciddi problem yaradar”.

Millət vəkili onu da əlavə edib ki, Rusiya öz vətəndaşı olan ermənilərin qeydinə qalırsa, o zaman digər bir vətəndaşı, Qarabağda girov saxlanılan Dilqəm Əsgərov barəsində niyə etirazını ifadə etmir?! Halbuki Dilqəm hansısa dövlətin sərhədini də pozmayıb, öz Vətəninin torpaqlarında ermənilər tərəfindən girov götürülüb:

"Rusiya rəsmiləri zəhmət çəkib Dilqəmlə də maraqlansınlar. Təəssüflər olsun ki, bu məsələdə də ikili standartlar özünü göstərir. Bütün bunların fonunda Lavrova sələnirəm ki, Lavrov, sən deyən olmayacaq".

Qeyd edək ki, ötənlərdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Azərbaycana qarşı heç bir fundamental əsasa söykənməyən iddia irəli sürüb. O ölkəmizi erməni əsilli Rusiya vətəndaşlarını Azərbaycana buraxmamaqda ittiham edib. Və bu məsələ bu gün də Rusiyanın "Express" qəzetində növbəti dəfə gündəmə gətirilib.

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-02-21