2019-01-21 14:06:39   |   192 dəfə oxunub

Azərbaycan Rusiyaya 77,6 min ton kartof ixrac edib


 Ötən ilin yanvar-noyabr ayları ərzində Rusiyadan Azərbaycana 4 641,17 ton kartof ixrac edilib.

"Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu, Rusiyanın ümumi kartof ixracının 3,5%-nə bərabərdir.

Ötən ilin 11 ayı ərzində Rusiya 13,9 mln. ABŞ dolları dəyərində 132 605 ton kartof ixrac edib ki, bu da ötən ilin analiji dövrü ilə müqayisədə 28% azdır. Belə ki, Rusiyanın bu adda məhsulunun idxalı ixracı 14,7 dəfə üstələyib.

Qeyd edilən müddətdə Rusiyanın kartof ixracı əsasən Ukraynaya olub. Belə ki, bu ölkəyə ümumi ixracın 89,4%-i həyata keçirilib. Qazaxıstana ümumi ixracın 3,1%-i, Belarusa isə 1,9%-i həyata keçirilib.

Ötən ilin yanvar-noyabr aylarında isə Azərbaycandan Rusiyaya 77 625,18 ton kartof ixrac edilib. Bu isə Rusiyanın ümumi kartfon idxalının 14,1%-nə bərabərdir.

Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında Rusiya 204,4 mln. dollar dəyərində 550 537 ton kartfon idxal edib. Qeyd edilir ki, bu müddət ərzində idxal edilən kartofun həcmləri və qiymətləri dəyişməz qalıb.

Rusiya əsasən kartfofu Misir (62,5%), Çin (11,4%), Belarus (4,9%), İsrail (2,3%) və digər ölkələrdən idxal edib.




SON XƏBƏRLƏR

2019-04-21