2019-01-21 14:34:53   |   103 dəfə oxunub

Ruhani: “Xalqın tələblərinə qarşı mübarizə aparmaq qanuni deyil”


 "Xalqın ümumi tələblərinə qarşı mübarizə aparmaq nə doğru, nə hüquqi, nə də qanunidir”.

"Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Həsən Ruhani Terhranda ölkənin rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Cəhromi və nazirliyin əməkdaşları ilə keçirdiyi toplantıda bildirib.

O, ölkədə internetə məhdudiyyət qoymaqla səhvə yol verdiklərini etiraf edib: "Göydən bizə səlahiyyət verildiyini və buna görə də yerüzündəkilər haqqında əmrlər verəcəyimizi zənn edirik, ancaq belə bir nəsnə yoxdur. Allah belə peyğəmbərinə sadəcə olaraq xalqa mesajları ötürməsini əmr etdi. Seçki isə xalqa aiddir.

Yeni texnologiyalarda təhlükələr də var, amma bu texologiyalar xalqın həyatından çıxarılmayacaq. Cəmiyyətin iradəsinə qarşı savaşa bilmərik. Texnologiya və innovasiyalara qarşı müqavimət göstərmək mürtəcelikdir. İnternetə mane olmaqla səhv etmişik. Bir təlimatla hər şeyi qadağan edə biləcəyimizi düşünürdük. Ancaq insanlar süzgəci qıran proqramlarla bu maneəni dəf etdi. Tətbiq edilən qadağalar isə uğrusuz oldu”.

Hicab və başörütsü məsləsinə işarə edən H. Ruhani deyib: "Biz hicab məsələsini ilk olaraq, qadınlara tətbiq edirik. Ancaq "Qurnai-Kərim"də bu məsələ kişilərlə başlayır. Onların gözü ilə baxışına istinad edilir”.




SON XƏBƏRLƏR

2019-02-18