2019-01-21 16:55:26   |   178 dəfə oxunub

Almaniya höküməti ölkənin hava limanlarını İran təyyarələrinin üzünə bağlayıb


Almaniya hökuməti ölkənin hava limanlarından istifadə etmək üçün İranın "Mahan Air” şirkətinin lisenziyasını ləğv edib.

"Report” AP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger məlumat verib.

O, sözügedən qərarın "Almaniyanın xarici siyasət və təhlükəsizlik mənafeyi”nə əsasən verildiyini qeyd edib.

İran kəşfiyyatının Avropadakı artan fəallığını dilə gətirən XİN rəsmisi "Mahan Air” şirkətinin İran İnqilab Keşikçilərinə aid hərbi təyinatlı yüklərin Suriyaya daşınması ilə də məşğul olduğunu diqqətə çatdırıb.

"Mahan Air” 2011-ci ildən ABŞ-ın sanksiya siyahısındadır. "Deutsche Welle” Almaniya tərəfinin İrana qarşı sanksiyalar yox, ayrıca konkret bir hava yolları şirkətinə qarşı sanksiya tətbiq etdiklərini vurğuladığını xəbər verib.

Xatırladaq ki, yanvar ayının əvvəlində Avropa İttifaqı Niderland, Danimarka, Fransa ərazisində iranlı mühacirlərə qarşı qətl və hücumlar təkil etməkdə şübhəli bilinən İranın bəzi dövlət qurumlarına və iki rəsmi şəxsinə qarşı sanksiya tətbiq etmişdi.




SON XƏBƏRLƏR

2019-06-19
2019-06-18