2019-01-21 20:45:46   |   200 dəfə oxunub

"Erməni lobbisinin məqsədi Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməkdir"


"Əslində erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması yeni hadisə deyil. Dağlıq Qarabağ problemi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi belə bir addımı zəruri edir”.

Bunu "Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hər bir ölkə kimi Azərbaycan da öz milli təhlükəsizliyini təmin etmək üçün ən sərt tədbirlər həyata keçirməlidir:

"Bilirik ki, 90-cı illərin ortalarına qədər Azərbaycanda, hətta paytaxt Bakıda müxtəlif terror hadisələri həyata keçirilirdi və bunlar qlobal erməni terror şəbəkəsilə birbaşa əlaqədar idi. Elə bu gün də ölkəmiz ən müxtəlif səviyyələrdə erməni və ermənipərəstlərin terroru ilə tez-tez üzləşir. Əgər bunların bir qismi fiziki terrordursa, digər bir qismi də ideoloji, mənəvi informasiya terrorudur. Hazırda birdən-birə "erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması” məsləsinin diplomatik səviyyədə və bir qədər də sərt tonda dilə gətirilməsi ermənipərəst mərkəzlər tərəfindən Azərbaycana qarş təşkil olunmuş siyasi-diplomatik terrordur. 

Ancaq bu terorun özü qədər onun niyə məhz indi, 2019-cu ildə təşkil olunması maraq doğurur. Bu məsələnin arxasında Rusiya və onun müxtəlif federal icra hakimiyyəti orqanlarında şəbəkələşmiş, koordinasiyalı şəkildə fəaliyyət göstərən erməni lobbisi dayanır. Məqsəd Rusiya-Azərbaycan münasibətlərini mümkün qədər gərginləşdirmək və Rusiyanın regionda əsl müttəfiqinin Ermənistan olduğunu önə çəkməkdir. Çünki Azərbaycanın həyata keçirdiyi dərin strateji diplomatiya siyasəti regonumuzda ənənəvi strateji balansı ölkəmizin lehinə dəyişib və bu Dağlıq Qarabağ probleminin həllində yeni şərtlər formalaşdırıb. 

Bu isə işğalçı Ermənistanı olduqca narahat edir. Çünki Azərbaycanın yaratdığı yeni geostrateji reallıq nəinki Dağlıq Qarabağ və yeddi rayonumuzun qaytarılması ilə, həm də Ermənistanın ənənəvi müttəfiqi saydığı Rusiyanı da itirməsilə nəticələnə bilər. Əlbətdə Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olması regionda Ermənistanın əhəmiyyətini azaldır. Çünki Ermənistan Cənubi Qafqaza çar Rusiyası tərəfindən pərçim edilmiş süni dövlətdir. Daha doğrusu dövlət görünümü verilmiş hərbi bazadır. Bu hərbi baza Azərbaycanı və Türkiyəni bir növ nəzarətdə saxlamaq üçün yaradılıb və daima bizə qarşı cəza qamçısı kimi istifadə edilib”.

Parlament üzvü vurğulayıb ki, ermənilər buna arxayın olaraq həm özlərini Rusiyada birinci sinif adamlar kimi hiss ediblər, həm də gələcəyi fikirləşmədən bütün qonşu xalqlara qarşı əxlaqsız və qəddar terror həyata keçiriblər:

 "Ən böyük faciələri isə bizə yaşadıblar. İndi arxasını itirməkdən qorxan ermənilər təşviş içərisindədirlər. Əgər sahibləri onlara yiyə durmazsa, başlarına nə gələ bilər?! Ona görə də ciddi panika içərisində bütün mümkün təsiretmə mexanizmilərini işə salaraq Rusiya-Azərbaycan münasibətlərini korlamağa çalışırlar. Əlbətdə bu təxribatdır, özü də ermənisayağı təxribat. Sorosçuların hakimiyyətə gəlməsi Rusiya-Ermənistan münasibətlərinə soyuqluq gətirdi. Amma unutmaq olmaz ki, Sarkisyan rejimi yalnız ordunun və din xadimlərinin mitinqlərə qoşulmasından sonra istefaya getməyə razı oldu. Ordu və din xadimlərinin sorosla əlaqəsinin olması ehtimal edilən deyil və onların daha çox Şimaldan idarə edildiyi bəllidir. Deməli, hərbi xunta rejiminin devrilməsində Rusiyadakı bəzi mərkəzlərin də razılığı olub. Ancaq bu gizli razılaşmada balansın kimin lehinə formaşalması hələ dəqiq deyil. Bu isə gərginlik yaradır və bu gərginlik Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərir”.

H.Babaoğlunun sözlərinə görə, siyasətdə təsadüflər nadir hallarda olur, ya da heç olmur:

"Siyasət əvvəlcədən düşünülmüş fəaliyyət nəticəsində meydana çıxan hadisədir. Hələlik isə dəqiq olan bir məsələ var ki, o da Azərbaycanın işğalçı ölkəni daima təcrid vəziyyətində saxlaması və bunun nəticəsində yaranan sosial-iqtisadi problemlərin Ermənistanda rejim dəyişikliyini zəruri eməsidir. Biz verilən bəyənatı Rusiya XİN-in rəsmi mövqeyi kimi qəbul etməliyik, çünki mövqe rəsmidir. Ancaq bir məsələ var ki, bu daima təkrar olunan hadisədir. Rusiya XİN-də ermənipərəst mövqedən çıxış etməyi ənənə halına gətirmiş bəzi məmurlar var. 

Onlardan biri də XİN-in sözcüsü Mariya Zaxarovadır. O yalnız üzdə olan, yəni görünən simadır. Ancaq mümkündür ki, ondan daha güclü rəsmilər var. Onlar da eyni mövqedən çıxış edir, ya da ermənipərəst mövqeyi himayə edirlər. Biz bunları bilirik, lakin dilə gətirməyi hələlik məqbul hesab etmirik. Səbəbi isə budur ki, prezident Putinin Rusiya-Azərbaycan münasibətlərini bir qrup ermənipərəstin girovuna buraxacağına inanmırıq. Hazırkı mürəkkəb beynəlxalq şəraitdə Rusiyanın təhlükəsiziliyi həm də bir qədər Azərbaycanla, Azərbaycanın da təhlükəsizliyi bir qədər Rusiya ilə bağlıdır. 

Qarşlıqlı münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində olmasını diqtə edən zərurət də budur. Azərbaycan bu müttəfiqliyə sadiqdir və üzərinə düşəni edir. Ümid edirik ki, Rusiya da bunu edəcək. Hər iki dövlətin Prezidentləri öz ölkələrinin böyük patriotlardırlar və milli maraqları hər şeydən üstün tuturlar. Milli maraqlarımız isə bu gün Rusiya-Azərbaycan münasibətlərinin daha yaxşı olmasını tələb edir. Azərbaycan diplomatiyasının Rusiya ilə əlaqələrdə kifayət qədər zəngin təcrübəsi var. Hər bir xalqın diplomatiyası onun milli gücünün beyni hesab edilir və bu vaxta qədər Azərbaycan diplomatiya sahəsində kritik zamanlarda ən doğru qərarları qəbul etməyi bacarıb. 

Hətta yeni diplomatik formatlar yaratmaqla elə Rusiya-Azərbaycan münasibətlərinə də yeni impulslar gətirməyə nail olub. Bu diplomatik uğurlar Azərbaycan Prezidentinin adı ilə bağlıdır. Əslində regionda yaranan yeni geostrateji reallığın müəllifi də elə Azərbaycandır. Bu həmin reallıqdır ki, erməniləri son yüz ildə heç vaxt olmadığı qədər çətin vəziyyətə və təşvişə salıb. Ona görə də Azərbaycan bundan sonra da nə edəcəyini yaxşı bilir”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-04-21