2019-01-22 13:31:38   |   121 dəfə oxunub

Ölkədə ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb - Nazir


Ət və süd məhsulları ilə özünü təminetmə 90 faizə çatıb.

Trend-in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə (FAO) tərəfdaşlıq proqramının işə salınmasına həsr olunmuş tədbir zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir bildirib ki, kənd təsərrüfatı Azərbaycanın qeyri-neft sektorunu prioritet sahələrindəndir:

"Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2018-ci ildə əvvəlki illə müqayisədə 4,6 faiz artıb, ət və süd məhsulları ilə özünü təminetmə 90faizə çatıb, bütün növ tərəvəz və meyvə üzrə isə bu göstərici 100faizdən çox olub”.

İ.Kərimov vurğulayıb ki, aqrar sahənin inkişafının əsas istiqamətləri ərzaq təhlükəsizliyinin təminatı, ölkənin sağlam qida ilə təmin olunması və kənd rayonlarının inkişafıdır:

"Bu baxımdan bizim prioritetlərimiz FAO ilə üst-üstə düşür. FAO beynəlxalq arenada Azərbaycan ən vacib tərəfdaşlarındandır”.




SON XƏBƏRLƏR

2019-02-18