2019-01-22 13:51:53   |   89 dəfə oxunub

"Qürur günümüzdə müqəddəs bir məkanı siyasi təxribat səhnəsinə çevirmək doğru deyil"



"Millətin dərdi və ağrısından sui-istifadə etməyə çalışanları anlamıram və qəbul etmirəm".

Bu barədə "Sherg.az" siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev 20 yanvar günü Milli Şura üzvlərinin Şəhidlər Xiyabanında törətdiyi siyasi təxribatdan danışarkən deyib.

O qeyd edib ki, 20 yanvar bir xatirə, anım,hüzn, eyni zamanda qürur günümüzdür. 

"20 yanvar tarixi Azərbaycan xalqı bizim üçün çox müqəddəs tarixdir. Həmin günü də bu qürur günü kimi, müqəddəs ənənə və dəyərlərə söykənərək qeyd etmək lazımdır. Bu günü şouya çevirmək, bu gündən siyasi məqsədlər üçün istifadə edib, təxribata əl atmaq yolverilmzədir. 20 yanvar günü Əli Kərimli və onun yanındakıların törətdikləri siyasi təxribat uğursuz 19 yanvar mitinqinin davamı idi. Amma anlamaq lazımdır ki, belə müqəddəs bir məkanı, müqəddəs bir günü siyasi təxribat səhnəsinə çevirmək doğru deyil. Kiminsə önə çıxaraq, özünü "xalq fədaisi" kimi qələmə verməsi inandırıcı deyil. Cavan uşaqlar olsa idilər, yaxşı məsləhətlər vermək olardı. 50 yaşlarını keçmiş adamlara belə bir məsləhətin verilməsi də uğursuzdur. İnsan özünə hörmət etməlidir, özünə hörmət qoymayan adama hansısa məsləhət verməyin mənası da yoxdur".

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-04-21