2019-01-22 14:33:46   |   289 dəfə oxunub

"Sarı jilet"lilər: 12-i qadın olmaqla 109 yaralı var, 79-u başından xəsarət alıb, 15 -i gözünü itirib



Fransada noyabrın 17-dən etibarən başlanan "sarı jilet"lilər inqilabının X aktı yanbvarın 21-də baş tutdu. Bu aktdan sonra "CheckNews" məlum inqilabın başlandığı gündən indiyə qədər xəsarət alanların siyahısını hazırlayıb. 

Buna səbəb isə sosial mediada inqilabla bağlı çoxsaylı yanlış və ya doğru məlumatların dərc olunması olub.

"Sherg.az" Fransanın "liberation.fr"saytına istinadən xəbər verir ki, "CheckNews"un hesablamalarına görə, bu günə qədər polis qüvvələrinin açdığı atəş nəticəsində və ya polis dəyənəyinə tuş gəlmə səbəbilə 12-i qadın olmaqla 109 "sarı jilet"li xəsarət alıb. 

Onlardan 79-u yandırıcı güllələrlə başından yaralanıb. 15 "sarı jilet"li" isə gözünü itirib. Bir neçəsi isə qol, qıç, çənə və başlarından aldıqları zərbə nəticəsində əmək qabiliyyətlərini itiriblər. 

Aparılan araşdırmalar zamanı "sarı jilet"lilərdə daha çox yanıqlar və açıq yaralar aşkarlanıb.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-02-21