2019-01-22 15:27:45   |   173 dəfə oxunub

"Sonda Mehmanın özü dözmədi və xahiş etdi ki, ondan istifadə olunmasın" - Ekspert

Anar İmanov: " Mehmandan istifadə edənlər Soros və erməni lobbisinin diqtəsi ilə oynayanlar imiş"


"Mehman bəlkə də özü də istəmədən anti-Azərbaycan qüvvələrinin alətinə çevrilmişdi”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert Anar İmanov deyib.

Ekspert bildirib ki, bir neçə gün qabaq şaiyə yayılmışdı ki, Mehman aclıq aksiyası keçirir, özünü pis hiss edir və s. Amma bir sıra görüşlərdən sonra məlum oldu ki, vəziyyəti yaxşıdır və heç bir problemi yoxdur: 

"Avropanın istənilən ölkəsində bir sıra mənfi cəhətlərə göz yuman, kor olan, tanınmayanlar, bilinməyənlər sadəcə Mehman haqda danışırdılar. İndi onların işi çətinə düşdü, mikroskoplarını çıxarıb yenə də Azərbaycanda hansısa "neqativləri” axtarmalıdırlar. 

Xarici qarayaxanlardan başqa ölkədə özlərini "müxalifət liderləri” elan edənlər də birdən oyandılar. Mitinq, aksiya, şüarlar, canfəşanlıq, guya onlar Mehmanı düşünürdülər. Sonda Mehmanın özü dözmədi və xahiş etdi ki, ondan istifadə olunmasın. Maraqlıdır ki, aylarla Mehman haqda düşünməyənlər birdən-birə hərəkətə gəldilər. Həm ölkənin içində, həm kənarında fəallaşdılar. Sanki kimsə tapşırıq vermişdi ki, "Azərbaycanı ləkələyin”. Lakin sonra bəlli oldu ki, Mehmandan istifadə edənlər Soros və erməni lobbisinin diqtəsi ilə oynayanlar imiş. Məsələn, Avropa Parlamentinin deputatı, almaniyalı Rebekka Harms”.

Analitik vurğulayıb ki, Corc Soros və onun əlaltıları çoxdan Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri göstərir, amma istədiklərinə nail ola bilmirlər:

 "Heç nəyə nail ola bilməyəcəklər, çünki təzyiqləri bəsit və kobuddur. Təxribatçılar ağıl və məntiqdən uzaqdırlar. Onlar hələ dərk edə bilməyiblər ki, Azərbaycanla şantaj, təzyiq, təxribat dilində danışmaq olmaz. Ölkəmizlə əməkdaşlıq bərabərhüquqlu olmalıdır. Bu əməkdaşlığın nəticəsində bəhrəni sadəcə bir tərəf yox, bütün tərəflər əldə etməlidir. Qərbdə bunu nə qədər tez anlasalar, bir o qədər də yaxşı olar”.

İsmayıl





SON XƏBƏRLƏR

2019-02-18