2019-01-22 16:22:34   |   234 dəfə oxunub

Avropa Parlamentinin qətnaməsinə SƏRT ETİRAZ: "...belə ədalətli təşkilatdırsa... "



20 ildən artqdır ki, Azərbaycanda bir milyondan çox insan öz dədə-baba yurdundan didərgin salınaraq qaçqın və məcburi köçkün şəraitində yaşayır. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Amma buna görə nə Avropa Parlamenti(AP), nə də özünü aparıcı beynəlxalq istitut hesab edən digər təşkilatlar Ermənistana təzyiq göstərir".

Bunu "Sherg.az"a millət vəkili Rüfət Quliyev AP-ın Azərbaycan qarşı qəbul etdiyi qərəzli qətnamədən danışarkən deyib.

Parlamentarinin sözlərinə görə, Liviya, Tunis, Yəmən və başqa ölkələrdə inqilabların, qanlı toqquşmaların başladılmasına dair sənədlər qəbul olunan kimi AP və BMT dərhal reaksiya verərək onun icrasına başlayırlar, amma 20 ildən artıqdır ki, BMT Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair 4 qətnamə qəbul edib və bu qətnamə kağız üzərində qalır: "AP və BMT bu qətnamələrin icrasını tələb etmirlər ? Niyə bu qətnamənin tələblərinə məhəl qoymayan işğalçı Ermənistana sanksiya tətbiq etmirlər ? Bu sualların cavabsız qalması Azərbaycan xaqını hiddətləndirir. AP belə ədalətli təşkilatdırsa, bu suallara ədalətli cavab versin".

Millət vəkili düenyada özünü demokratiya beşiyi kimi qələmə verən Fransanın da mövqeyinə diqqət çəkib:

"Fransa qondarma dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyana quçaq açdı. B.Saakyan Fransaya səfər etdi və orada rəsmilərlə, şəhər merləri ilə görüşdü. Bunun da adını qoydurlar ki, guya B.Saakyan Fransaya turist kimi gəlib. Bu, işğalı tanımaq deyilmi? Bu, işğalçıya dəstək deyilmi ? Bu, qanun pozuntusu deyilmi? Əgər AP ədalətli beynəxalq qurumdursa, Azərbaycana da ədalətli yanaşmalıdır".

R.Quliyev onu da qeyd edib ki, bu gün baş tutan Davosda Fransa prezidenti Emmanüel Makron iştirak etmədi: 

"Çünki Fransada insanlar öz haqlarını tələb edirlər və ciddi gərginlik yaşanır. Fransanın şəhər lərində mağazlar, evlər, maşınlar yandırılır. Polis insanları, döyür, həbsə alır. Başı yarılan, gözü çıxan insanları sayı-hesabı bilinmir. Bəs AP bunları görmürmü ? fransa XİN bunlardan niyə danışıb, durub Azərbaycana məsləhət verir ? 

Azərbaycana məsləhət deyil, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair kömək lazımdır. Əlbəttə, müharibəni başlamaq üçün düşmənin ordusundan dəfələrlə güclü hərbi potensialımız var. Ordumuz dünyanın ən güclü orduları sırasında 50-ci yerdə qərarlaşıb. Bunu Ermənistan da bilir, onun havadarları da. Aprel hadisələri və Güllüt əməliyyatı fikirlərimin təsdiqi sayıla bilər. Amma biz hələ ki münaqişənin sülh yolu həllinə çalışırıq. Beynəlxalq təşkilatlar isə məsələnin dinc yolla tənzimlənməsinə dəstək vermirlər".

Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-02-21