2019-01-22 16:44:53   |   120 dəfə oxunub

AŞPA üzv dövlətlərdə referendumlarla bağlı qətnamə qəbul edib


 Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində üzv dövlətlərdə referendumların ədalətli keçirilməsinə zəmanət verən ana xətlərin yenilənməsinə dair qətnamə qəbul edilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, qətnamədə 2007-ci ildə AŞPA-nın xahişi ilə Venesiya Komissiyasının qəbul edilməsindən bəri referendumların keçirilməsi ilə bağlı üzv ölkələrin əldə etdikləri təcrübələrinə yenidən baxılması, xüsusilə 3 məsələdə dəyişikliklərin edilməsi tövsiyə edilir. İlk növbədə, internet və sosial medianın inkişafı ilə əlaqəli olaraq seçicilərin keyfiyyətli informasiyadan istifadə etmələrini təmin etmək üçün referendumlara dair qaydalara dəyişikliklərin edilməsi tövsiyə olunur. 

Gündəmə gətirilməsi məsləhət olunan ikinci məsələ zorakılıq halları baş verdiyi zamanı sanksiyalar tətbiq etmək də daxil olmaqla qaydaların gücləndirilməsi zamanı dövlət kampaniyalarının, qurumların nəzarətinin həyata keçirilməsinin müstəqilliyinin məhdudlaşdırılmasını təmin edən qaydalara aiddir. Nəhayət, istər referendumdan əvvəl, istərsə də sonra vətəndaşların demokratik müzakirələrdə iştirakını təmin edən metodların öyrənilməsi üçün üzv dövlətlər arasında təcrübə mübadilələrinin həyata keçirilməsi tövsiyə olunur.




SON XƏBƏRLƏR

2019-04-21