2019-01-28 22:08:31   |   67 dəfə oxunub

Fitch: Bu il Azərbaycan iqtisadiyyatı 3,5% artacaq


"Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin xarici valyutada uzunmüddətli defolt reytinqini (Long-Term Foreign-Currency Issuer Default Rating – IDR) "BB+” səviyyəsində təsdiqləyib.

"Report”un agentliyin yaydığı məlumata istinadən verdiyi xəbərə görə, reytinq üzrə proqnoz isə sabit qiymətləndirilib.

"Fitch” hesab edir ki, bu il Azərbaycan iqtisadiyyatı 3,5% böyüyəcək, ötən il isə bu rəqəm 1,3% olub:

"Şah Dəniz 2” qaz yatağının işə düşməsi və ölkənin ən böyük neft yatağı üzrə hasilat müqaviləsinin uzaldılması ilə yanaşı, turizm və kənd təsərrüfatı sahəsi də Azərbaycanda qeyri-neft sektorunun inkişafına təkan verəcək. 2018-ci ilin oktyabrına olan məlumata görə, ARDNF aktivlərini 3,2 mlrd. dollar, yaxud 9% artıraraq 39 mlrd. dollara çatdırıb. Bu isə ÜDM-in 81,2%-i deməkdir. Biz proqnozlaşdırırıq ki, suverenin xarici xalis aktivləri ÜDM-in 75,4%-nə bərabər olacaq".




SON XƏBƏRLƏR

2019-02-17