2019-02-01 13:01:24   |   277 dəfə oxunub

Deputatdan etiraz: “Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər"



Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında millət vəkili Əli Məsimli sahibkarlıq obyektlərində yoxlamaların dayandırılmasından danışıb.

Sherg.az-ın xəbərinə görə, deputat deyib ki, bu sahibkarlığın inkişafı üçün çox vacib rol oynadısa da, bundan sui-istifadə halları da mövcuddur:

"Həmin şəxslər Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər. O sahibkarlar xeyli problemlər yaradıblar. Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik aktlarına da dəyişiklik olunmasını vacib hesab edirəm”.

Anar





SON XƏBƏRLƏR

2019-02-17