2019-02-09 16:25:49   |   373 dəfə oxunub

Dəhşət ! Həkim 4 yaşlı qız uşağını öldürdü: yüksək dozalı dərman verib, uşağın ağız, burun və qulaqlarından qan gəlib - Foto




Yanvarın 23-də Fransanın Vierzon şəhərində 4 yaşlı qızcığaz bu şəhər xəstəxanasının təcili yardım xidmətinə qəbul edildikdən sonra dünyasını dəyişib.

« Sherg.az« « Lefigaro.fr«ə istinadən xəbər verir ki, valideynləri həkimin uşağa verdiyi yüksək dozalı dərmanın uşaqda allergiya yaratmasından şübhələnirlər.

Uşağın atası « France Bleu"ə verdiyi açıqlamasında bunları deyib : 

"Uşaq təcili yardım xidmətinə çatdırılanda qızdırması 38 ° C olub. Onun qastroenteritdən əziyyət çəkdiyini düşündüm. İki saatın içərisində halsızlaşdı. Saat saat 14 :15-də həkimlər qızıma qarışıq dərman verdilər. Sabahı gün həkim mənə söylədi ki, qızıma yüksək dozalı dərman verib, çünki qızdırmanın səbəbini dəqiq müəyyən edə bilmirdi. Hətta həkim Tur xəstəxanası ilə də telefonla əlaqə saxladı. Çünki o, uşaqla necə davranacağını, nə edəcəyini bilmirdi.

Atası onu da deyib ki, qızın cəsədi şişmişdi və qan içərində idi:

Uşaq morqda olarkən ona baxmağıma icazə vedilər. Gözlərindən, burun və qulaqrından qan gəlmişdi. Mən həkimin verdiyi yüksək dozalı dərmanın uşaqda allergiya yaratmasından şübhələnirəm. Zənnimcə, məhz elə bu səbəbdən qızımın gözlərini bu dünyaya əbədi olaraq yumdu. İki həftədən sonra otopsinin cavabları çıxacaq. Ancaq yenə deyiəm ki, həkimin savadsızlğı aydın görünürdü.

Artıq Burj prokurorluğunda da ölümlə bağlı araşdırmalara başlanıb ».

Tərcümə etdi : Ayyət Əhməd







SON XƏBƏRLƏR

2019-04-26