2019-02-09 18:28:10   |   260 dəfə oxunub

“Qırmızı kitab”a düşmüş quşları ovlayan şəxs saxlanılıb



Polis əməkdaşalrı tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir.

DİN Mətbuat Xidmətindən "Sherg.Az"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.

Ondan 1 ədəd nömrəsi silinmiş "İJ-16” markalı tüfəng və ovladığı "Qırmızı kitab”a düşmüş 2 ədəd bəzgək quşu aşkar edilərək götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Kürdmaşı kənd sakinləri Q.Hüseynov və T.Xəlilovdan müvafiq sənədləri olmayan 2 ədəd "TOZ-63” markalı tüfənglər, habelə ovladıqları 2 ədəd dovşan aşkar edilərək götürülüb.





SON XƏBƏRLƏR

2019-02-17