2019-02-10 10:24:34   |   400 dəfə oxunub

Rusiyadan çağırış: Putinlə Tramp görüşməlidir!


Rusiya və ABŞ arasındakı əlaqələr hər nə qədər qarışıq olursa olsun, iki liderin danışıqlarının hər zaman beynəlxalq aləmə müsbət təsiri olur.

Axar.az xəbər verir ki, bu sözləri Sputnik-ə açıqlamasında Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib. O bildirib ki, Trampla Putin arasında görüşün baş tutması üçün hazırlıqlar görülməlidir:

"Əlbəttə, bu gün ABŞ Prezidenti Donald Trampla Putin arasında görüşün nə vaxt və harada baş tutacağını demək çətindir. Görüşə ciddi hazırlıq görülməli və məhsuldar olması üçün mümkün olan hər şey edilməlidir. Rusiya və ABŞ iki güclü ölkə və Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi üzvü olduğu üçün dünyada sülh və təhlükəsizliyin əldə edilməsi məsələsində böyük məsuliyyət daşıyır. Bu ölkələrin edəcəyi əməkdaşlıq beynəlxalq gündəmin bir çox məsələsinə bağlıdır. Başda beynəlxalq terrorizm olmaqla, ortaq təhlükəsizlik problemlərimiz var. Silahlanma yarışının qarşısının alınması, beynəlxalq münaqişələrin həll edilməsi, narkotik ticarətinə son qoyulması və digər vacib problemlərdə Rusiya-Amerika səylərinin birləşməsinə ehtiyac var. Bu səbəbdən iki ölkə liderləri arasındakı münasibətin böyük əhəmiyyəti var".

Səfir iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün ABŞ-ı ultimatumlardan əl çəkməyə səsləyib:

"Əgər dialoq üçün Ukraynadakı vəziyyət və ya buna oxşar tələblər tətbiq olunarsa, bundan heç bir şey çıxmayacaq. Dövlətlərarası münasibətlərdə ultimatumlardan vaz keçmək vaxtıdır. Amerikalılar özləri üçün qərar verməlidirlər: onlar bərabər, qarşılıqlı hörmət əsasında danışıqlar aparmağa, Rusiyanın milli maraqlarını anlamağa və nəzərə almağa hazırdırlarmı? Səmərəli görüş yalnız bu halda mümkündür. Bütün hallarda Rusiyanın bir neçə dəfə hədəfi iki ölkə arasında əlaqələrin yaxşılaşdırılması və inkişaf etdirilməsi olub. Bu yalnız bizim ölkəmizin deyil, bütün beynəlxalq cəmiyyətin maraqlarının xeyrinədir".




SON XƏBƏRLƏR

2019-04-26