2019-02-10 13:12:29   |   429 dəfə oxunub

Ukrayna Hərbi Hava Qüvvələri Krım yaxınlığında təlimə hazır olduğunu açıqlayıb

Ukraynanın Hərbi Hava Qüvvələri Krım yaxınlığında hava müdafiə sistemlərindən istifadə etməklə təlimə hazır olduğunu açıqlayıb.

Sputnik Azərbaycan "Star"a istinadla xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri Ukrayna ordusunun 2019-cu ildə 4 dəfə təlim keçirəcəklərini bildirib. İlk təlim bu ay Krım yaxınlığında baş tutacaq. Bu təlimlərdə hava müdafiə sistemlərindən istifadə ediləcək.

Ötən günlərdə Ukrayna ordusu Azov dənizində döyüş təyyarələrindən, yeni nəsil raketlərdən istifadə etməklə təlim keçib.







SON XƏBƏRLƏR

2019-04-26