2019-02-10 18:40:24   |   180 dəfə oxunub

Gənc oğlanlar evliliyi boykot edir: "Alma, evdə qalsın"



 Misirli gənc oğlanlar evlilik və toy xərclərinin artması və qızların maddi istəkləri ilə əlaqədar olaraq evliliyi boykot edirlər.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gənclər ölkənin iqtisadi böhranı ilə əlaqədar olaraq evliliyin çox çətin olduğunu deyərək sosial şəbəkələr üzərindən "alma, evdə qalsın" adlı kampaniyaya başlayıblar. Daha sonra isə onlar bir sıra din xadimlərini, media nümayəndələrini də bu boykot aksiyasına dəvət edə biliblər. Öncə sosial media ilə başlayan aksiya getdikcə daha da geniş vüsət almağa başlayıb.

Lakin bu boykot aksiyasına "yox" deyənlərin sayı daha çox üstünlük təşkil edib. Aparılan sorğuda iştirak edənlərin 44 faizi boykota "hə", 53 faizi isə "yox" deyib.








SON XƏBƏRLƏR

2019-02-17