2019-02-10 23:30:35   |   227 dəfə oxunub

Çatlama səsi eşidildi: 8 mərtəbəli binanın sakinləri təxliyə olunub



Türkiyənin Rizə şəhərinin Yeniköy məhəlləsində səkkizmərtəbəli binanın sakinləri təxliyə olunub.

AZƏRTAC xəbər verir ki, 31 mənzilli binanın sakinləri otaqlarda qəflətən çatlama səsi eşidərək polisə müraciət ediblər. Araşdırma zamanı məlum olub ki, binanın əsas sütunlarında yaranan çatlar sürətlə genişlənir.

Hazırda sakinlərin tamamilə təxliyə olunduğu binada araşdırma işləri davam edir. Təhlükəsizlik məqsədilə binaya giriş-çıxış məhdudlaşdırılıb.




SON XƏBƏRLƏR

2019-02-17