2019-02-11 00:08:06   |   226 dəfə oxunub

Meliha nənənin Ərdoğan sevgisi: "Onun o nur üzünü öpdüm"



Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğana sevgisiylə tanınan 83 yaşlı Ankaranın Ayaş qəsəbə sakini  Meliha Dəmirəl Ərdoğanla bir araya gəlib.
 Sherg.az türk mediasına istinadən xəbər verir ki, Meliha Dəmirəl Ərdoğana türk bayrağı, həyat yoldaşı Əminə Ərdoğana çatdırmaq diləyi ilə  əllə hörülmüş  corab hədiyyə edib.







Ərdoğanla uzun müddət söhbətdən sonra  Dəmirəl  jurnalistlərin suallarını cavablandırıb.

83 yaşlı nənə ən böyük xəyalının prezident  Ərdoğanı görmək olduğunu ifadə edərək, "Şükrlər olsun. Gördüm. Allah görməyi nəsib etdi. Çox dua etdim. Onun o nur üzünü öpdüm. Sarıldım. O tək liderdir. Yalnız bizim deyil, dünyanın lideridir." dedi.

Turan




SON XƏBƏRLƏR

2019-02-17