2019-02-11 05:13:32   |   145 dəfə oxunub

Bolqarıstan 9 ölkədə diplomatik mülkini satmaq niyyətindədir




Bolqarıstan 2019-cu ildə diplomatik mülkünü 9 ölkədə satmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə "Sofia Globe” nəşri Bolqarıstanın xarici işlər naziri Ekaterina Zaxaryevaya istinadla məlumat yayıb.

E.Zaxaryeva parlamentdə çıxışında bildirib ki, ABŞ, Arqentina, Belçika, Yunanıstan, Kanada, Kolumbiya, Nikaraqua, Uruqvay və Finlandiyada Bolqarıstanın diplomatik mülkləri satılması barədə düşünülür. Daşınmaz əmlakın əksəriyyəti saxlanması üçün böyük xərc tələb edən, eyni zamanda Bolqarıstanın yaxşı vəziyyətdə olmayan xarici ticarət ofisləri və Baş konsulluqlarıdır.




SON XƏBƏRLƏR

2019-02-17