2019-02-11 11:48:43   |   98 dəfə oxunub

Polis ƏMƏLİYYAT keçirdi - Odlu silah və sursat aşkarlandı


Bakı sakini küçədə silah-sursatla yaxalanıb.

"Sherg.az" xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.

Belə ki, Nizami rayon Polis İdarəsi əməkdaşları qəsəbə ərazisində əməliyyat keçirib. Keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Sabir Cahangirov saxlanılıb.

S. Cahangirovun əlində gəzdirdiyi torbadan 1 ədəd 7,62 kalibrli "Kalaşnikov" markalı avtomat silahı, 1 ədəd sandıqça və 5 patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.




SON XƏBƏRLƏR

2019-02-17