2019-02-11 13:22:52   |   370 dəfə oxunub

Fransa mətbuatı Türkiyənin bu faydalı İŞİNDƏN YAZDI:Butulkanı metrodakı aparata at, kartına gediş haqqı yüklə ! - Araşdırma + Fotolar



Türkiyədə nəqliyyat kartına tullantı ilə gediş yükləmək olur.

"Sherg.az" Fransanın " sciencesetavenir.fr"(elm və gələcək)saytına istinadən xəbər verir ki, qardaş ölkədə tullantıların təkrar emalı hələ optimaldır. Bununla yanaşı, siyasətçilər eko-məsuliyyətli tədbirləri tətbiq etməklə münasibətlərə dəyişiklik etməyə çalışırlar:

"İstanbul sakinləri nəqliyyat kartını plastik şüşə ilə yenidən yükləyə bilərlər. İstanbulda Sişan metro stansiyasında Tülay Gerçək adlı sərnişin hər gün nəqliyyat kartını plastik butulkaların hesabına yükləyir. Belə ki, o küçə, səki və zibil qablarından yığdığı plastik butulkaları adıçəkilən metro stansiyasında yerləşdirilmiş maşına daxil edir və maşın onun gediş kartına həmin butulkanın sayına uyğun pul yükləyir. 

T.Gerçəkyin özü bu barədə maraqlı açıqlam verib: 

"Əslində bu İstanbul bələdiyyəsinin ətraf mühitin qorunması ilə bağlı atdığı ən faydalı addımdır. Həm insanlar pul qazanır, həm də ətraf mühit çirklənmədən qorunur və atmosfer çirklənmir və ya az çirklənir. Həmin butulkalar isə təkrar istifadəyə verilir. Hər gün zibil qabıları, küçə və səkilərdən xeyli sayda plastik butulka götürürəm və onu gətirib metrodakı maşına atıram. Bununla da gediş kartıma pul yüklənir. Kartıma 2.6 türk lirəsi yükləmək üçün maşına 86 butuulka atmalıyam. Bu hələ başlanğıcdır və inanıram ki, yaxın gələcəkdə sistemin daha rentabelli olacaq. Əslində bu çox yaxşı təşəbbüsdür. Hazırda bu maşınlardan cəmi 3 metro stansiyasında mövcuddur və meriya digər metro stansiyalarına da bu maşınlardan quraşdırmağı planlaşdırır".

Türkiyədə tullantıların emalı ilə məşğul olan mərkəzin rəhbəri Oya Gözəlin verdiyi məlumata görə, Türkiyə hər il 31 milyon ton tullantı yenidən emal olunur:

İnsanlar əllərindəki plastik, metal və şüşə qabları yerə atmaqla ətraf mühiti korlayırlar. Bu tullantılar da torpaqda qaldıqa, təbiətə ziyan vurur. Ümumiyyətlə, hər bir insan bir plastik butulkanı və "sellofan" torbanı yalnız 12 dəqiqə daşıyır və 12 dəqiqədən sonra onu ya zibil qabına, ya da yerə atır. Məqsədimiz odur ki, bu palstik qablar və "sellofan" torbalar yenidən emal edərək istehsalın 35 faizə yüksəldək".

Türkiyənin ətraf mühitin qorunması üzrə naziri Murat Kurum da söyləıyib ki, 2018-ci ilin sonu , 2019-cu ilin əvvəllərində bəzi avropa ölkələrində "sellofan torbalar" ödənişli olacaq: 

" Əlbəttə, bu yaxşı addımdır. Bu gün hər bir türk orta hesabla ildə 440 "sellofan" torba istifadə edir. Fikrimiz budur ki, 2025-ci ilə kimi bu rəqəmi 10 dəfəyə qədər azaldaq".

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan da Türkiyədə plastik məmulatların təkrar istifadəsiə dəstək ifadə edib:

"Əlbəttə, bu məsələ bir az zaman alacaq, amma hər halda bu düşüncələrə hopdurulsa, yaxşı nəticələr əldə ediləcək. Daha insanlar tullantıları səki və küçələrə atmayacaq".

İstanbbul merinin təkrar emalı üzrə məsul şəxsi İbrahim Xəlil Türkeri qeyd edib ki, bu tullantılardan elekt də alınır.

İSTAC ın mühəndisi Əhməd Həmdi Zənbil bildirib ki, 2017-c ildə 7 milyon ton tullantıdan 400 milyon milyon kVt/s elektik alıblar.

P.S. paytaxt Bakıda çox məhdud sayda marketdə bu sayaq aparatlar quraşdırılıb, ancaq əksəriyyət bundan xəbərsiz olduğu üçün məlum tendensiya kütləvi hal almayıb. Yaxşı olardı ki, Bakı Şəhər İcra Hakimiyyəti və "Bakı Metropoliteni" QSC-də bu barədə düşünsün.

Tərcümə etdi: Ayyət Əhməd





SON XƏBƏRLƏR

2019-02-17