2019-02-11 17:33:14   |   151 dəfə oxunub

Prezident İlham Əliyev El-Salvadorun yeni Prezidentini təbrik edib



Prezident İlham Əliyev El-Salvador Respublikasının yeni seçilmiş Prezidenti Nayib Bukeleyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Bukele, El-Salvador Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə El-Salvador arasında əlaqələrin inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".




SON XƏBƏRLƏR

2019-04-21